“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Finlandiya HİK-i yeni futbolçu transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, komanda Burkino Faso millisinin hücumçusu Hassan Bandeni heyətinə qatıb. Son komandası Fransa “Amyen”i olan 25 yaşlı forvardla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
“Qarabağ” və HİK arasındakı ilk oyunda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 17-də Helsinkidə olacaq.