Kateqoriyasız

Konfrans Liqası: “Qarabağ”ın rəqibi məlum oldu

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu, Kiprin AEL klubudu. Komanda II təsnifat mərhələsində “Vlajniya” ilə cavab oyununda 1:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinə rəqib olub. Kipr klubu ilk qarşılaşmada da albanları 1:0 hesabı ilə məğlub etmişdi.

Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-i, cavab görüşləri isə avqustun 12-i keçiriləcək. “Qarabağ”ın ilk oyunu səfərdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43