Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İsrailin “Makkabi” klubu heyətini yeni oyunçu ilə gücləndirib. Təl-Əviv təmsilçisi Tanzaniyanın “Azam” komandasından Novatus Disması transfer edib.
Gənc oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Novatus Dismas Tanzaniyanın U-21 yığmasının üzvüdü.
“Makkabi” qrup mərhələsindəki ilk matçda “Qarabağ”ı minimal hesabla məğlub edib – 1:0.