“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Yunamıstan təmsilçisi “Çelsi”nin sabiq üzvü Villianla anlaşıb. Tərəflər arasında bir müddətdi gedən danışıqlar müsbət yekunlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 36 yaşlı futbolçu İngiltərədə “Arsenal” və “Fulhem” kimi klublarda da top qovub.