22 Oktyabr 2024
Dünya futbolu

“Qarabağ”ın rəqibindən 4 qollu qələbə – VİDEO

Niderland çempionatında 9-cu turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın rəqibi “Ayaks” səfərdə “Herakles”lə üz-üzə gəlib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Ayaks” 16 xalla üçüncü pillədə qərarlaşıb.

“Qarabağ” oktyabr 24-də Avropa Liqası Liqa mərhələsinin 3-cü turunda Niderland klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43