Dünya futbolu

“Qarabağ”ın rəqibi Ovusunu satdı

Belçikanın  “Gent” klubu futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, Elişa Ovusu Fransa təmsilçisi “Oser”lə müqavilə bağlayıb. 2019-cu ildən “Gent”də çıxış edən oyunçu “Lion”un yetirməsidir.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi ilə üz-üzə gələcək.  “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43