Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukraynanın “Dnepr” klubu bir futbolçusunu komandadan uzaqlaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, “ağ-göylər” 25 yaşlı müdafiəçisi Samuel İnkumu ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıblar.
Qana millisinin də üzvü olan İnkum 2011-ci ildə İsveçrə “Bazel”indən “Dnepr”ə 6 milyon avroya keçmişdi.