Dünyadan

“Qarabağ”ın rəqibi “Qalatasaray”ın futbolçusuna göz dikdi

“İnter”in baş məşqçisi Roberto Mançini heyətə yeni futbolçu cəlb etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, Roberto Mançinin “Qalatasaray”da baş məşqçi olduğu vaxt yaxından tanıdığı “aslanlar”ın kapitanı Səlcuku transfer etmək niyyətindədir. Milan təmsilçisi “sarı-qırmızılı” komanda ilə razılaşacağı halda Səlçuku A seriasında çıxış edəcək.

Qeyd edək ki, “İnter”dən başqa Səlcuk İnanı İngiltərənin “Everton” komandasıda heyətinə qatmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43