“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Dnepr” yoxlama matçı keçirib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun rəqibi yerli “Kolos” komandası ilə qarşılaşıb.
Matç “Dnepr”in böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:1.
Qeyd edək ki, “Dnepr” ilk yoxlama oyununu “Mettalurq”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.