İdman

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubunda

Bir vaxtlar “Qarabağ”  forması geyinən Əlhərbi Əl Jadeyau özünə yeni klub tapıb.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi Fransanın 3-cü liqa təmsilçisi “Qrenobl”la müqavilə imzalayıb. O, yeni klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki,   Əl Jadeyaui 2015/16 mövsümündə “Qarabağ”da çıxış edib. O, ötən ay Tailandın “Ratçaburi” klubundan ayrılıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43