“Qarabağ”ın sabiq futbolçusu Admir Teliyə iki vəzifə icra edəcək.
İdmanxeber.com-un məlumatına görə, o, vətəni Albaniyanın “Vlajniya” klubunda Müşahidə Şurasının üzvlüyünə və idman direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Teli 2000-2008-ci illərdə futbolçu kimi məhz “Vlajniya”da oynayıb. 2008/09 mövsümünü Türkiyədə “Hacettepe” klubunda keçirən təcrübəli müdafiəçi 2009-cu ildən 2015-ci ilə qədər “Qarabağ”da oynayıb