“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun “Zirə” ilə final matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
– Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq.
– “Real” Çempionlar Liqasının qalibi olandan sonra “Qarabağ”ın II mərhələdən başlayacağı dəqiqləşdi. Bu, komandaya necə təsir edəcək?
– Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq “Qarabağ” hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.
– Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişib. Hazırkı formatda “Qarabağ” qrupa düşə bilər?
– Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram “Qarabağ”ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.