27 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın səfər edəcəyi ölkədə terror həyəcanı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində noyabrın 26-da keçiriləcək “Brügge” – “Napoli” matçı azarkeşsiz oynanacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə qərarı “Brügge” rəhbərliyi qəbul edib.

Səbəb kimi ölkədə terror aktları təhlükəsi göstərilib. Öncədən matçda yalnız qonaq komanda azarkeşlərinin olmaması planlaşdırılırdı. Lakin sonradan Belçika hökuməti oyuna yerli fanatların da girişini qadağan edib.

Xatırladaq ki, Avroliqada çıxışını davam etdirən Ağdamın “Qarabağ” komandası qrup mərhələsində son oyununu Belçikada “Anderlext”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43