Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasındakı çıxışından danışıb.
İdmanxeber.com-un məlumatına görə, "İnter"lə oyunda Ağdam klubunun qolunun sayılmamasına üzüldüyünü söyləyən Rəhimov sözlərinə beləəlavə edib:
"Qarabağ" adını daşıyan bir klubumuzun avrokuboklardakı uğurlu çıxışına çox sevindik. Amma komandamızın təmiz qolunun sayılmamasına, növbəti mərhələyə adlaya bilməməsinə üzülürük. İstənilən halda mövsümü klubumuz üçün uğurlu saymaq olar". (sportbox.az)