Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun heyətinə qatmaq istədiyi bir futbolçu son anda Azərbaycana gəlməkdən imtina edib.
“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Lüdoqorets”lə matçdan öncə keçirilən mətbuat konfransında bu barədə deyib:
“Gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma əfsuslar sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb”.