Kateqoriyasız

“Qarabağ”ın Türkiyədən transfer etmək istədiyi qapıçı bilindi

Türkiyənin 1-ci liqa təmsilçisi “Menemenspor”un qapıçısı Gentian Selmani “Qarabağ”ın maraq dairəsindədi.

İdmanxeber.az-ın “Radyospor”a istinadən verdiyi məlumata görə, bu barədə sözügedən klubun baş məşqçisi Cenk Laleci açıqlamasında deyib.

Çalışdırıcı Ağdam klubunun 22 yaşlı qolkiper üçün rəsmi təklif göndərdiyini bildirib: “Selmanini təkcə ölkəmizdəki yox, əcnəbi klublar da izləyir. Onun üçün “Qarabağ”dan təklif almışıq. Klublar arasında danışıqlar davam edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43