Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Malta “Valetta”sı ilə səfər matçının canlı yayımlanıb-yayımlanmayacağı sual olaraq qalır.
İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov matçın canlı yayımlanıb-yayımlanmayacağı ilə bağlı sualı belə cavablandırıb:
“Bizim tərəfə düşən məsələ oyunun yayımına maraqlı tərəf kimi pozitiv həllə çalışmaqdı. İdman Azərbaycan da qarşı tərəfə müraciət edib və şərtlərlə tanış olub. Fakt budur ki, İdman Azərbaycan da canlı yayımda maraqlıdır ki, qarşı tərəfə müraciət edib. Hər şeyə yaxın iki gün ərzində aydınlıq gələcək”.