20 Fevral 2025
Kateqoriyasız

“Qarabağ”ın vitse-prezidenti: “Oyundan sonra futbolçulara dedim ki…”

“Qarabağ” hər gün biraz Azərbaycanı şərəfləndirir. Oyundan sonra futbolçulara dedim ki, hələ hər şey bitməyib. Rəqib komandanın oyununa nəzərən deyə bilərəm ki, “Tvente” səddini keçə bilərik. Futbolçularımız psixoloji olaraq oyuna köklənə bilsələr, bunu bacara bilərik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin “Tvente” ilə ilk oyunundan (0:0) jurnalistlərə açıqlamasında deyib.

Klub rəsmisi azarkeşlərə də səslənib:

“İlk dəfə idi ki, Azərbaycanda bu qədər azarkeş görürdüm. Avropada yaşayan azərbaycanlılara müraciət edərək deyirəm ki, səfər matçında bizə dəstək olsunlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43