Ölkə futbolu

“Qarabağ”ın yağışlı havada məşqi – Video

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanovun komandası ötən günü iki məşqlə tamamlayıb. İlk məşq fitnes zalında təxminən bir saat davam edib.

Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb. Futbolçular bu hazırlığın ilk hissəsində isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib. Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43