Noyabrın 8-i əməliyyat olunan “Qarabağ” azarkeşi Samir Mirzəyev bu gün evə buraxılıb.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu sözləri deyib:
“Samirin vəziyyəti normaldır və bu gündən etibarən o, öz müalicəsini ev şəraitində davam etdirir”, – deyə Nurlan İbrahimov əlavə edib.
Xatırladaq ki, noyabrın 6-sı UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində “Qarabağ”-“Dnepr” oyununu keçirilən zaman 11-ci sektorda oyunu izləyən “Qarabağ” azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilmişdi. Noyabrın 8-i Samir Mirzəyev əməliyyat edilmiş, əməliyyatın uğurlu keçdiyi bildirilmişdi.(Ans press)