29 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın yay hazırlıq planı bəlli oldu

“Qarabağ” klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” iyunun 18-də Bakıda məşqlərə start verəcək.

Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43