Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Bədavi Hüseynovun müalicəsi davam edir. Futbolçunun "İnter"lə matçda forma geyinmək şansı az olsada, oynuyub-oynamayacağı oyun günü bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ" – "İnter" matçı saat 21:00-da başlayacaq.