06 Dekabr 2022
Kateqoriyasız

“Qarabağ”la cavab görüşündə stadionda olacağını qarantilədik” – APOEL-in futbolçusu

APOEL-in kapitanı Nikolas İoannou Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

23 yaşlı müdafiəçi öncə oyunu şərh edib:

– “Qarabağ”la çətin oyun keçəcəyini bilirdik. Mərhələ şanslarımızı qorumaq üçün qələbə və ya ən azı bir xal qazanmalı olduğumuzu bilirdik. Hesab edirəm ki, bəzi epizodlarda futbolçular çox yaxşı oynadı. Hələ daha artığını gözləyirik. Daha yaxşı oynamaq istəyirik, ancaq burdan bir xalla qurtulduğumuz üçün şanslıyıq.

– “Qarabağ”ın qolu sizi ayıltdı?
– Xeyr, buraxdığımız qol bizi ayıltmadı. Çünki biz səhv etdik. Qoldan sonra oyuna qayıtdıq. Hesab bərabərləşdirdikdən sonra birini də vurduq. Buraxdığımız ikinci qolda künc zərbəsinə hazırlıqlı deyildik.

– Növbəti mərhələyə yüksəlmək üçün şanslar var?
– Çox önəmli xal qazandıq. Bu nəticə ilə azarkeşlərin “Qarabağ”la cavab görüşündə stadionda olacağını qarantilədik. Onların bizə inanmaları üçün çalışırıq.

– Vurduğun qolu necə şərh edəcəksən? (UEFA avtoqol qeydə alıb – red.)
– Hər şeyi məşqdə çalışırıq. Birinci dirəyin yanına getmək istədim, özümə inandım və qol vurdum.

– Oyunu yarımçıq tərk etdin. Zədən ciddidi?
– Bilmirəm, həkimlə danışacam. Kifayət qədər ağrılar var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Səbail”dan növbəti transfer

admin

“Mənim üzərimdən özlərinə gün ağlayırdılar” – Kamran Ağayev

admin