27 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”la matç finala bərabər olacaq” – “Bazel”in prezidenti

İsveçrənin “Bazel” klubunun prezidenti Reto Baumqartner komandasının Avropa Konfrans Liqasındakı çıxışını dəyərləndirib.

İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın bu turnirdəki rəqibi olan klubun rəhbəri “Telebasel”ə açıqlamasında avrokubokdakı uğurlu çıxışın baş məşqçi Patrik Rahmenlə bağlı olduğunu bildirib:

“Çempionat və avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar. Bu ay keçirəcəyimiz 5 matçın hamısı finala bərabərdir. Rahmen klubdakı hamı kimi çox iddialıdır. Düşünürəm ki, düzgün yoldayıq. Ancaq mükəmməl demək üçün mütləq kubok qazanmalıyıq. İlin sonunadək çempionatda dörd, Konfrans Liqasında isə “Qarabağ”a qarşı final matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik”.

“Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup liderli ola və 1/8 finala yüksələ bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43