Premyer Liqanın 17-ci turunda "Qarabağ"la qarşılaşacaq olan "Xəzər Lənkəran" bu görüşə itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisinin heyətində Rauf Əliyev və Manuel Skarlatake zədə səbəbindən "Qarabağ"la matçı buraxmalı olacaq. "Bakı" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Afred Sanko da bu matçda forma geyə bilməyəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" – "Qarabağ" matçı 18 dekabr saat 17:00-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.