Premyer Liqa

“Qarabağ”la matçda bizi qane edən nəticəni qazanmağa çalışacağıq”

“Kəpəz”in futbolçusu Tural Nərimanov "Qarabağ" ilə görüş öncəsi açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, həm Topaz Premyer Liqanın 12-ci turunda bu gün “Qarabağ”la keçiriləcək oyundan, həm də fasilə müddətindəki hazırlıq prosesindən danışıb: 

“Fasilə dövründən faydalı şəkildə yararlanmağa çalışdıq. Deyə bilərəm ki, hazırlığımız səmərəli keçdi. Bütün fikrimizi məşqlərə yönəltmişdik, istəyimiz məşqçilər korpusu tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmək idi. Əsas diqqəti ilk günlərdə fiziki hazırlığa vermişdik. Sonra yoxlama oyunu keçirdik və qələbə qazandıq. Düzdü, bizim üçün əsas olan qələbə yox, komandanın necə hazırlıq keçməsini görmək idi. Demək olar ki, hər şey normaldır, yaxşı hazırlaşmışıq. 

Bizi “Qarabağ”la çox çətin oyun gözləyir. Evdə bu rəqiblə görüşümüz maraqlı alınmışdı. Səfər matçında “Kəpəz”i qane edən nəticəni qazanmağa çalışacağıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43