Kateqoriyasız

“Qarabağ”la oyun neytral meydanda keçiriləcək” – “Molde”nin baş məqçisi

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Molde”nin (Norveç) baş məşqçisi Erlinq Moe açıqlama verib. O, ölkəsinin mətbuatına matçın neytral meydanda keçiriləcəyinə ümid etdiyini deyib:

“Ümid edirəm ki, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək. Onda biz bərabər şərtlərdə olardıq. Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqam olar. İstənilən halda, evdən kənarda oynamağımız rəqib üçün üstünlükdü”.

Püşkə əsasən, “Qarabağ” – “Molde” matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidi. Lakin Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43