08 Dekabr 2022
Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi “Olimpiakos” üçün növbəti ŞOK

UEFA Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqibi olan “Olimpiakos”da zədə epidemiyası davam edir.

İdmanxeber.az-ın Yunanıstan mətbuatına istinadən verdiyi xəbərə görə, Pirey klubunun əsas forvardı Yussef El-Arabi ötən gün Superliqanın “Atromitos”la matçında sıradan çıxıb. Fasilədə ayağında ağrılar hiss eden mərakeşli hücumçu məcburiyyətdən əvəzlənib. 31 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək.

Onun oktyabrın 6-da “Qarabağ”, 9-da isə Superliqada OFİ ilə matçları buraxacağı bildirilir.

Ötən mövsüm Yunanıstan Superliqasında 16 qolla komandasınin ən məhsuldar futbolçusu olan Yussef El-Arabi, cari mövsümdə 6 matçda 2 qol vurub, 1 assist edib.

Qeyd edək ki, “Olimpiakos”da bundan öncə qapıçı Tomaş Vatslik, hücumçu Hvan Uy Co milli komandalarının düşərgəsində zədələnmişdilər. Müdafiəçilər – Panayotis Retsos və Usseyn Bada da zədə səbəbindən Ağdam klubu ilə oyunda meydana çıxa bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ən yaxşımız Ramil Şeydayev

admin

“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

admin

“Qəbələ”ni daha bir futbolçu tərk edir – Rəsmi

admin