Avropa Liqasında “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubunun zədəli futbolçusu Praxitelis Vouros sıraya dönüb.
İdmanxeber.az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən sayılan futbolçu 2 ay idi ki, zədəli idi. Artıq tam hazır olan 24 yaşlı yarımmüdafiəçi Bakıda “Qarabağ”a qarşı oynaya biləcək.
Qeyd edək ki, “Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.