Ölkə futbolu

“Qarabağ”la oyun öncəsi “Neftçi”də son durum: biri müəyyən, digəri qeyri-müəyyən

Premyer Liqanın IX turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Neftçi”də son durum müəyyənləşib.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Xorxe Korrea zədə səbəbindən sabah keçiriləcək qarşılaşmanı buraxacaq. Mikro zədəsi olan Ömər Buludov isə komanda ilə birgə məşqlərə qoşulub. Onun Ağdam klubu ilə oyunda meydana çıxıb-çıxmayacağı Samir Abasovun qərarından asılıdı.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43