Avroliqanın pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Tvente” klubu heyətini gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, bir neçə müddətdir “Tvente”nın transfer siyahısında olan “Herenven” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi Hakim Ziyehin keçidi reallaşıb. Futbolçu yeni komandasında ilk məşqinə sabah çıxacaq. Hakimin adı “Qarabağ”la oyunun sifariş ərizəsinə də salınıb.