Kateqoriyasız

“Qarabağ”la oyunda oynayacağımı eşidəndə mən də, atam da gecəni yata bilmədik”

“Əsas komandasında debütüm ötən il Ukraynada oldu. Səfərdə oynadığımız üçün ailəm orada olmadı. “Emireyts”dəki matçda isə ailə üzvlərimin hamısı gəlmişdi.  Bu, 17 yaşımın tamamından bir neçə ay sonra “Qarabağ”la Avroliqa oyununda oldu”

İdmanxeber.az-ın məlumatına görə, bunu Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunu xatırlayarkən deyib.

O, daha sonra sözlərinə belə davam edib;

“Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərin xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.

Xatırladaq ki, 2018-ci il dekabrın 13-də Londonda keçirilən “Arsenal” – “Qarabağ” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43