26 Noyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Qarabağ”la oyunda xal qazanmağa layiq idik” – Krunoslav Renduliç

“Yaxşı oynamaq istəyirsizdə, belə uşaq səhvləri etməməlisiz. Rəqib 35 metrdən uzun topla fərqlənir. Mən buna şərh verməyə çətinlik çəkirəm. Qol buraxdıqdan sonra birinci hissədə pis oynadıq. Sanki futbolçuların ayaqları getmirdi. İkinci toplarda problemimiz var idi. İkinci hissədə daha yaxşı oynadıq. Amma nəticədə bərabərliyə razı olduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Araz Nazçıvan”la oyundan (1:1) sonra deyib.

Paytaxt klubunun əcnəbi çalışdırıcısı birinci dövrəni dəyərləndirib:

“Səmimi desəm, hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Birinci dövrədə heç nədən xallar itirdik. “Qarabağ”la oyunda xal qazanmağa layiq idik. Amma ötən mövsümün ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. İrəlidə çox oyun var. İkinci dövrədə daha çox xal toplayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43