16 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”la oyundan öncə Lissabonda darmadağın oldular

“Qarabağ”ın Avroliqanın pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda 21-ci turda səfərdə “Sportinq”lə qarşılaşıb. Görüş Lissabon təmsilçisinun darmadağını ilə başa çatıb – 0:5.

Bu məğlubiyyətdən sonra “Braqa” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43