Kateqoriyasız

“Qarabağ”la oyundan qələbə gözləyirdik” – “Sabah”ın futbolçusu

Misli Premyer Liqasının XIV turunda “Sabah” doğma meydanda “Qarabağ”la heç-heç edib (0:0).

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından ev sahibi komandanın futbolçusuYusif İmanov görüş barədə fikirlərini bildirib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Açığı, qələbə gözləyirdik. Bəzi imkanlarımız olsa da, istifadə edə bilmədik. Rəqibin də bəzi epizdoları oldu. Məncə, nəticə pis deyil. Azarkeşlərin dəstəyi də çox yaxşı idi. Ümid edirik ki, hər oyunumuza belə maraq olacaq.

Hələ qarşıda çox oyun var. Heç nə bitməyib, qarşıdakı görüşlərə hazırlaşırıq. Bütün oyunlara eyni ciddilikdə yanaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43