“Açığı, “Qarabağ”la oyundan sonra komanda yorğun görünürdü. İlk hissədə ”Qəbələ” yaxşı oynadı. Bizim şansımız az idi. İkinci hissədə bir az vəziyyəti düzəltdik. “Qəbələ” güclü komandadı. Növbəti oyuna hazırlaşmalıyıq".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XXI turunda "Qəbələ"ni qəbul edən "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Oyundan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Üçlü müdafiəyə keçəndən sonra qol buraxdınız. Sizcə bu məğlubiyyətə səbəb oldumu?
– Taktikada heç nə dəyişmədik. Sadəcə futbolçuları dəyişdik. Heç bir taktiki dəyişiklik olmadı. Əvəzetmədən sonra da bizim yaxşı epizodlarımız oldu. Samir Zərgərovun da şansı vardı.
– Sizdən aşağı pillədə olan komanda ilı xal fərqi var. Bu sizə oyuna köklənməyə mane olmur?
– Bu amil biz sakitləşdirmir. O qədər də böyük xal fərqi yoxdu.
– Ötən tur “İnter” daha əzmkar idi. Bu nə ilə bağlıdı?
– Siz bilirsiz ki, bizim cəmi 24 futbolçumuz var onların üçü qapıçıdı. Fasilədən sonra elə təqvim olacaq ki, biz iki gündən bir oynayacağıq. Çox futbolçumuz yoxdu. Çətin olacaq.
– Komandanın maaşları haqda yeni xəbər varmı?
– Bizə də deyilib ki, mart ayının 10-na qədər maaşlar veriləcək.