Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” klubunun kapitanı Ruslan Rotan Ukrayna mətbuatına müsahibə verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli oyunçu “Qarabağ”la oyunların həlledici olacağını bildirib:
“Həm “Qarabağ”la, həm də “Sent-Etyen”lə oyunlar bizim üçün həlledici olacaq. Düzdü, “İnter” artıq ilk pillədə möhkəmlənib. Yəqin, biz ikinci pillə uğrunda mübarizə aparacağıq”.