“Evdəki oyunda qolsuz bərabərliyə imza atsaq, bunu uğur sayacağam. Futbolçularımın fərdi keyfiyyətlərinə bələdəm. Onlar 90 dəqiqə ərzində rəqibə başağrısı olmaq iqtidarındadırlar”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Malta “Valletta”sının baş məşqçisi Cilbert Agius Ağdamın “Qarabağ” klubu ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi açıqlamasında deyib.
Baş məşqçi ötən illə müqayisədə zəiflədiklərini də etiraf edib: “Komandamızı bir neçə aparıcı üzvü tərk edib. Özü də legionerlərin gedişi daha təsirli olub. Məhz onların səyləri nəticəsində “Valletta” ötən mövsüm ölkə çempionu olub”.