l Divizion

“Qaradağ Lökbatan” Premyer Liqaya vəsiqəni təmin etdi

“Qaradağ Lökbatan” Azərbaycan 1-ci divizionunda sona 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi 12-ci turda səfərdə MOİK üzərində 5:0 hesablı qələbə ilə bunu bacarıb.

Xallarını 47-yə çatdıran Rəfail Əmirbəyovun komandasına yalnız 34 xalla 2-ci sırada olan “Şamaxı-2” nəzəri cəhətdən çata bilər. Lakin bu komanda “Şamaxı”nın əvəzedicisi olduğu üçün Premyer Liqada iştirak edə bilməz.

Onu da qeyd edək ki, “Qaradağ Lökbatan”ın vəsiqə qazanması hələ yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi demək deyil. Bunun üçün AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı da lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Zirə” – MOİK – 1:0 – VİDEO

admin

“Qaradağ Lökbatan” 6 qolla qalib gəldi – VİDEO

admin

“Səbail” 3 qolla qalib gəldi – VİDEO

admin