Azərbaycan birinci divizionunda mübarizə aparan “Qaradağ Lökbatan” klubunun baş məşqçi vəzifəsində dəyişiklik olub.
İdmanxeber.com-un məlumatına görə, Lökbatan klubunda istefa vermiş Adil Mahmudovun yerinə Əfqan Talıbov gətirilib.
Bir müddətdir ki, işsiz olan Talıbov son olaraq “Turan”ı çalışdırıb.
Qeyd edək ki, “Qaradağ Lökbatan” klubu geridə qalan 15 turdan sonra 32 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.