Ölkə futbolu

Qaranın zədəsi ciddidir

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Klubun saytına istinadən verdiyimiz məlumata görə,  “Sumqayıt”la son turdakı görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı milli oyunçunun sağ dizinin iç yan bağlarında 2-ci dərəcəli dartılma qeydə alınıb.

Bu tipli zədənin bərpa prosesi adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq, Qaranın təxminən 1 ay oynamayacağını ehtimal etmək olar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43