Premyer Liqanın 21-ci turunda "Simurq" doğma divarlar arasında"İnter"i qonaq edəcək.
İdmanxeber.com-un məlumatına görə, bu gün səhər saatlarında "etopaz.az" saytında bu oyunun əmsalları təqdim olunsa da, sonradan proqramdan çıxarılıb.
Görünür, oyunun heç-heçə başa çatacağı yönündə çıxan xəbərlər öz təsdiqini tapır.
Qeyd edək ki, proqramda “Simurq”un qələbəsində 2.70, heç-heçəyə 3.00, “İnter”in qalibiyyətinə isə 2.25 əmsalı verilmişdi.