22 Oktyabr 2024
Dünyadan

Qaret Beyl məşqlərə başladı

“Real”ın uelsli futbolçusu Qaret Beyl bu həftə topla məşqlərə başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı futbolçu hələ ki, fərdi məşqlərlə kifayətlənəcək. Onun bir müddət fərdi məşqlərdən sonra kollektivlə birlikdə çalışmalara qatılacağı gözlənilir. Ulduz futbolçunun mart ayının əvvəlində yaşıl meydanlara dönəcəyi planlaşdırılır.

Xatırladaq ki, Beyl Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”ə 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnib daha sonra əməliyyat olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43