“Real”ın yarımmüdafiəçisi Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldodan üzr istəyib.
İdmanxeber.com-un məlumatına görə, uelsli futbolçu agenti Conatan Barnettin mətbuata yayılan sözlərinə görə üzrxahlıq edib.
Barnett açıqlamasında belə demişdi:
“Qaret Ronaldodan çox şey öyrənə bilər. Amma o, dünyada ən yaxşı model və ya paltar satıcısı olmayacaq”.
Bundan sonra mediada bu sözlərin Ronaldoya xoş gəlmədiyi xəbəri yayıldı. Komandanın baş məşqçisi Rafael Benites Beyldən konflikti yoluna qoymağı tələb etmişdi. (Marca)