Kateqoriyasız

“Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik” – Ozobiç

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç UEFA Avropa Konfrans Liqasında “Omoniya” ilə oyundan öncə mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun futbolçusu bunları deyib:

“Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 hesabı ilə qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var. Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik. Daha sonra necə olacağını görəcəyik. Əsas məsələ son 2 matça köklənməkdir”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43