Kateqoriyasız

“Qarşımıza avrokubok vəzifəsi qoyulmayıb” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasında XVIII turun “Qarabağ” – “Qəbələ” (3:0) pynundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş mışqçisi Elmar Baxşıyev jurnalistlərin sualalrını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” çempionatın favoritidir. Heyətimizdə itkilər var idi. Heyətimiz də kasad olduğu üçün rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə izlədik. İlk hissədə narazı qaldığım epizodlar oldu. “Qarabağ” bizdən üstündü. Təslim olmuruq, öz oyunumuzla yuxarı pillələrə qalxmağa çalışacağıq.

– Bu mövsüm “Qəbələ”nin çıxışı göz oxşayır. Qarşınıza avrokuboklara getmək kimi bir məqsəd qoyulubmu və inanırsızmı ki, vəsiqə qazana bilərsiz?
– Qarşımızda avrokubok vəzifəsi qoyulmayıb. Nə olur olsun, avrokuboklara getməliyik deyə bir şey yoxdu. Öz oyunumuz var və daha da yaxşı olacağıq. Komandanın potensialı var, Avropa Liqasına gedə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Araz Abdullayev Türkiyədə dubl etdi

admin

“Qarabağ” azarkeşləri ilə “Beşiktaş” və “Roma”dan öndə

admin

AFFA daha 3 nəfəri futboldan uzaqlaşdırdı

admin