“Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyənin Ərzurum şəhərində davam etdirir.
İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk yoxlama oyununda qüvvəsini sınayan “qartallar” 7-ci günə yüngül məşqlərlə başladılar. Səhər məşqi əsasən bərpa prosesinə həsr olundu.
Axşam məşqi isə ümumi plana əsasən keçirildi.