”Marsel” baş məşqçi Cennaro Qattuzoyla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu ard-arda gələn pis nəticələrdən sonra bu qərarı verib. Qattuzo ötən ilin sentyabrından “Marsel”ə başçılıq edirdi.
”Marsel” italiyalı mütəxəssisi Jan-Lui Qasseylə əvəz edəcək. 70 yaşlı baş məşqçi son olaraq Fil Dişi Sahilini çalışdırıb.