18 Oktyabr 2024
Ölkə futbolu

Qayınatası rəhmətə getdi, “Qarabağ”la oyunu buraxmalı olacaq

Bu gün Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək “Kəpəz” Ağdam klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komandanın heyətində Elmir Tağıyev və Elgün Bayramov zədəli olduğundan “köhlən atlar”la görüşü buraxmaq məcburiyyətində qalacaq.

Bundan başqa, Gəncə klubunun kapitanı Yeqor Xvalko da “Qarabağ”la matçda komandasına kömək edə bilməyəcək. Belə ki, qayınatası rəhmətə gedən belaruslu müdafiəçi ölkəsinə yollanmalı olub.

Qeyd edək ki, qarşılaşma saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43