Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilov karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı qolkiperin icarə əsasında “bayquşlar”da çıxış edəcəyi bildirilir. Tərəflər arasında danışıqlar davam edir.Əgər razılıq əldə olunsa, Pokatilov mövsümün sonuna kimi Masazır klubunda çıxış edəcək.
Qeyd edək ki, qolkiper müxtəlif dönəmlərdə “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı.